Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2025 11:02
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Ulu Öndərə həsr olunmuş konfransda çıxış edib

Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Ulu Öndərə həsr olunmuş konfransda çıxış edib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar “Azərbaycançılıq və suverenlik: Heydər Əliyev paradiqması” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirə parkındakı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı foto-sərgəyə baxış keçirilib, bədii hissədə musiqi nömrələri təqdim olunub.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası xalqın milli mənlik şüurunun formalaşmasında və qorunmasında mühüm rol oynayıb. Ulu Öndərin dövlət suverenliyinə əsaslanan siyasi strategiyası bu gün Azərbaycanın dayanıqlı inkişafını təmin edən ideoloji bünövrəyə çevrilib. Konfransda Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov, ADA-nın prorektoru, millət vəkili Fariz İsmayılzadə, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, şəhid atası Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru Kamran Kazımov və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin məruzə və çıxışları dinlənilib. Məruzəçilər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərini, milli dövlətçilik ideyasının inkişafında oynadığı rolu və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Heydər Əliyev siyasətinin əsasını təşkil edən milli maraqların qorunması və xalqın rifahı naminə həyata keçirilən islahatların aktuallığı, bu dəyərlərin bu gün də öz əhəmiyyətini qoruyub saxlanması haqqında geniş və ətraflı məlumat verilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: