Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2025 10:42
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Ramidə Abbasova Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” mövzusunda XVI beynəlxalq elmi konfransda iştirak edib.

Azərbaycan, Türkiyə, Rusiya, Şimali Makedoniya, İndoneziya, Polşa, Estoniya, Gürcüstan, Özbəkistan və bir sıra ölkə nümayəndələrinin, həmin ölkələrin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbər heyətinin, alim və mütəxəssislərinin qatıldığı konfransda Ramidə Abbasova ““Zəngi” qəzeti və Qərbi Azərbaycanda qadınların mətbuatda maarifçilik missiyası” mövzusunda məruzə edib, çıxışında Qərbi Azərbaycanda yaranan milli mətbuat tariximizdən, onun əsas nümunəsi olan “Zəngi” qəzetindən, bu qəzetin redaksiya heyətində çoxluq təşkil edən qadın müxbirlərin rolundan və onların mətbuat sahəsində fəal maarifçilik missiyasından bəhs edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. R.Abbasova konfransda fəal iştirakına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub. Sertifikatı əməkdaşımıza Bakı Slavyan Universitetinin Qərbi Azərbaycan elmi-tədqiqat Mərkəzinin müdiri fil.e.d., dosent Xanım Sultanova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırma Mərkəzinin müdiri tarix ü.f.d. Leyla Cəlalova təqdim edib.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə həyata keçirilib. Konfransın əsas məqsədi Azərbaycanın elmi potensialını beynəlxalq miqyasda tanıtmaq və bu sahədə aparılan tədqiqatların qlobal elmi diskurslara inteqrasiyasına töhfə verməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: