Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:12
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağında “Açıq qapı” günü keçirilib

Mərkəzi Nəbatat Bağında “Açıq qapı”  günü keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq AMEA-nın Mərkəzi Nəbatat Bağında “Qarabağın florası və bitki örtüyü”nə həs olunmuş “Açıq qapıgünü keçirilib.

Əvvəlcə Mərkəzi Nəbatat Bağının kollektivi Anım Günü çərçivəsində İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Daha sonra bağda davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmlər doktoru Vahid Fərzəliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs edib.

Sonra Mərkəzi Nəbatat Bağına ziyarət edən qonaq və məktəblilər üçün təşkil olunan ekskursiyalarda Qafqazın ən zəngin fitocoğrafi regionu olan Qarabağın florası və bitki örtüyü ilə tanış olublar. Həmçinin uşaqlarla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Açıq qapı” günü ilə əlaqədar bağda təşkil olunan ekskursiyalar iş gününün sonuna qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: