Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:26
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

Anım Günü tədbirləri çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşəbbüsü ilə müəssisənin bir neçə əməkdaşı ölümsüzlük zirvəsinə yüksəlmiş cəsur şəhidlərimiz baş çavuş Vüqar Cəfərov, Fərid Məhərrəmov və Kəmaləddin Məmmədzadənin ailələrinə baş çəkiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: