Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:32
  • A-
  • A
  • A+

Qəhrəman ordumuzun sayəsində xalqımızın 30 illik torpaq həsrəti başa çatdı

Qəhrəman ordumuzun sayəsində xalqımızın 30 illik torpaq həsrəti başa çatdı

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  27 sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.

Yığıncağın əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında 30 illik işğala son qoyulduğunu, torpaqlarımızın erməni işğalçılarından azad edildiyini qeyd edib. Qəhrəman ordumuz məhz 44 günlük haqq savaşı ilə qələbə sevincini bizə yaşatdı və xalqımızın 30 illik torpaq həsrəti başa çatdı.

Tədbirdə  a.e.d.Vilayət Həsənov, a.e.d Mustafa Mustafayev, a.e.ü.f.d. Əminə Axunova çıxış edərək qeyd ediblər ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

Birinci və İkinci Qarabağ döyüşlərində bir sıra institut əməkdaşları və onların ailə üzvləri iştirak edib. Tədbirdə daha sonra İkinci Qarabağ müharibəsində iştirak edən Sevda Məmmədovanın oğlu Emin Məmmədov, İkinci Qarabağ müharibəsində oğlu iştirak edən İlqar Həsənov, Birinci Qarabağ müharibəsi şəhidi valideyni Hafizə Aslanova çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik və qürur duyuruq.

Qeyd edək ki, tədbirdən sonra institutut rəhbərliyi və əməkdaşları tərəfindən İkinci Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: