Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 08:58
  • A-
  • A
  • A+

Coğrafiyaçılar Qafqaz yay məktəbinin sertifikatına layiq görülüblər

Coğrafiyaçılar Qafqaz yay məktəbinin sertifikatına layiq görülüblər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Natəvan Cəfərova, Samirə Abuşova, İradə Əhlimanova, Aminə Muradova və magistrları Yeganə İbadlı, Nərmin Nağıyeva iştirakçı qismində “Cənubi Qafqazda iqlimə uyğunlaşma qabiliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq Qafqaz yay məktəbi 2021-də (SCAC) iştirak ediblər. 

Tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənir.

Təlim iştirakçıları təbii fəlakətlərin real vaxt rejimində xəritələşdirilməsi və əldə edilən məlumatların paylaşdırılması, GIS-dən istifadə ilə analizlərin aparılması, uzaqdan zondlama məlumatlarının işlənməsi, tematik məşqlər və xəritələrin  ictimaiyyətə yayılması haqqında biliklərə yiyələniblər. Dərslərin sonunda əməkdaşlarımız təlimi bitirən 25 iştirakçı arasında fərqlənərək 14 nəfərlə birlikdə beynəlxalq sertifikata yiyələniblər.

Coğrafiyaçılar təlimi peşəkar səviyyədə bitirdiklərinə görə 22 aprel 2022-ci il tarixində “Turizmin Davamlı İnkişafı üçün Transdisiplinarlıq: Qafqaz aliminin rolu” (“Transdisciplinarity for Sustainable Tourism Development: Role of Caucasus Scientist”) adı altında keçiriləcək  3-cü Qafqaz Dağ Forumunda (CMF3) iştirak etmək hüququ qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: