Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 11:35
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində şəhid Mahsun Bağırzadənin barelyefinin açılışı olub

Lənkəran Regional Elmi Mərkəzində şəhid Mahsun Bağırzadənin barelyefinin açılışı olub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən mərkəzin direktoru, professor Fərman Quliyev Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi barədə danışıb, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi zəkası sayəsində qələbəyə nail olduğumuzu vurğulayıb.

Yığıncaqda mərkəzin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Mayis Cəfərov, Samir Kərimov, şair-publisist Ağamir Cavad, elmi işçi Mərdan Şirəliyev və başqaları çıxış edərək xalqımızın milli qürurunu bərpa edən şanlı Vətən müharibəsi barədə danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Tədbir çərçivəsində LREM-in əməkdaşı, 44 günlük müharibənin fəal iştirakçısı, ölümündən sonra 4 medalla təltif edilən şəhid Mahsun Bağırzadənin barelyefinin açılışı olub. Professor Fərman Quliyev müəllifi rəssam Tərlan Sadıqov olan barelyefin örtüyünü açaraq vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin ürəklərdə əbədi yaşayacağını diqqətə çatdırıb.

Şəhidin atası Zahir Bağırov çıxış edərək vətən torpaqlarının azadlığı uğrunda şəhid olan övladı Mahsun Bağırzadənin adının əbədiləşdirməsi üçün göstərilən diqqətə görə AMEA-nın rəhbərliyinə, o cümlədən çalışdığı LREM-in kollektivinə öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: