Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 11:48
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda 27 sentyabr - Anım Günü qeyd edilib

Coğrafiya İnstitutunda 27 sentyabr - Anım Günü qeyd edilib

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

İlk əvvəl torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri açaraq  vurğulayıb ki, bu tarixi qələbəni xalqımızın illərlə gözlədi. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasət apardığına, eləcə də ordumuzun gücünə inanırdı, müharibənin qələbə ilə bitəcəyinə ümid bəsləyirdi. Amma bu məsələnin 44 günə həll olunacağına inanmaq çətin idi. Vətən müharibəsi tarixdə ən yaddaqalan qürurverici, şərəfli savaş kimi qalacaq. Azərbaycan sübut etdi ki, belə mərd, qeyrətli və qorxmaz xalqı olan ölkənin torpaqlarına əl uzadanın başı “dəmir yumruq” altında əziləcək.

Z.Eminov bildirib ki, Azərbaycan regionda lider ölkə olaraq böyük quruculuq və bərpa işləri ilə məşğuldur. Vəhşi erməni barbarlarından azad olunmuş Qarabağ ərazisində böyük sürətlə yollar çəkilir, evlər tikilir, kənd və şəhərlər salınır.

İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d., dosent Habil Haqverdiyev 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun mübarizəsindən söhbət açıb.

Sonra Ekocoğrafiya şöbəsinin müdiri, c.ü.f.d., dosent Ənvər Əliyev Birinci və İkinci Qarabağ müharibələri zamanı ölkənin iqtisadiyyatına, kənd təsərrüfatına, ekologiyasına və digər sahələrinə dəyən ziyanlar haqqında məruzə edib.

Tədbirin sonunda institut əməkdaşlarının şəhid ailələrinə və qazilərimizə göstərdikləri qayğı və diqqətdən bəhs edən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: