TƏBİB-in Elmi-Tədqiqat və Təhsil Departamenti və AMEA-nın Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən onlayn seminarda Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov iştirak edib.
Azərbaycanın tibb sahəsində çalışan yüksək ixtisaslı mütəxəssisləri üçün təşkil olunmuş tədbiri keçirməkdə məqsəd onların beynəlxalq layihələrdə iştirakını, bu istiqamətdə daha çox fəallıq göstərmələrini təşviq etməkdən ibarət olub.
Horizon-2020 Tədqiqat və İnnovasiya Proqramı üzrə milli əlaqələndirici Rövşən Kərimov tədbirdə “Horizon Avropa: layihə təkliflərinin tərtibi qaydaları” adlı təqdimatla çıxış edib. O, Horizon Europe proqramı çərçivəsində layihə təkliflərinin hazırlanmasının texniki qaydalarını, sənədləşmə şərtlərinı seminar iştirakçılarının diqqətinə çatdırıb. Alim, həmçinin potensial tərəfdaş təşkilatların müəyyən edilməsinin ilkin şərtlərini, layihə təkliflərinin qiymətləndirilməsi meyarlarını izah edib, uğur qazanma ehtimalının yüksəlməsi üçün hansı amillərə fikir verilməsinin zəruri olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.