Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.10.2021 12:42
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər beynəlxalq forumda demoqrafiya mövzusunda məruzələr ediblər

Coğrafiyaçı alimlər beynəlxalq forumda demoqrafiya mövzusunda məruzələr ediblər

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov sentyabrın 30-dan oktyabrın 4-dək Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “Demoqrafiya və qlobal çağırışlar” adlı beynəlxalq forumda onlayn formatda iştirak edib.

Alim tədbirdə “Azərbaycan Respublikası regionlarında əhali məskunlaşmasının tənzimlənməsi problemləri” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikasında əhali son dərəcə qeyri-bərabər surətdə məskunlaşıb. Problemin çözülməsi və regionların inkişafı üçün əhəmiyyətli tədbirlərin görülməsi vacibdir. 

Məruzədə statistik məlumatlar əsasında hazırkı vəziyyət təhlil edilir və problemlərin həlli ilə bağlı, ölkədə əhalinin məskunlaşmasının tənzimlənməsi üçün faydalı tövsiyələr verilir.

Foruma qatılmaq üçün Voronej şəhərinə ezam edilmiş institutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşları – böyük elmi işçi, c.ü.f.d. Etibar Bədəlov tədbirdə “Azərbaycan Respublikasının şəhərləşmiş ərazilərində demoqrafik proseslərin məkan fərqləndirilməsi”, kiçik elmi işçi Bəyimxanım Hüseynova isə ingilis dilində Azərbaycanın şimal bölgələrində əhalinin yüksəklik zonalarına görə paylanmasına təbii və sosial-iqtisadi amillərin təsiri (Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun timsalında) adlı məruzələrlə çıxış ediblər.  

Foruma onlayn qatılan institutun digər elmi işçiləri, Emil Cəbrayılov “Şahdağ Milli Parkının ətraf ərazilərində  əhalinin paylanması” və Turanə Hüseynova “Azərbaycan Respublikasında demoqrafik göstəricilərin Böyük Qafqaz təbii regionu timsalında əhalinin həyat keyfiyyətinə təsiri”, doktorant Zeynəb Mirzəyeva isə “Bakının demoqrafik inkişafının xüsusiyyətləri və onların məskunlaşmaya təsiri” mövzularında məruzələr ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: