Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2021 16:54
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 5-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.

Bu münasibətlə institutun rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin qəbrini ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb.

Daha sonra tədbir institutda davam etdirilib.

Akademik İradə Hüseynova qeyd edib ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir: “Sevindirici haldır ki, vaxtilə Cəlal Əliyev məktəbinin tələbəsi olan hazırkı alimlərimiz yeni alim nəsli yetişdirir və bu çətin, şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar”.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, Novruz Quliyev, institutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, b.ü.f.d. Sədaqət Əsədova və gənc müəllimlərdən Günay İsmayılova nüfuzlu və şərəfli müəllim peşəsinin hər birimizin həyatında tutduğu yerdən bəhs ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev müəllim peşəsini daim yüksək qiymətləndirib. O cümlədən ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına həmişə xüsusi qayğı ilə yanaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: