Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2021 12:18
  • A-
  • A
  • A+

“İşğaldan azad edilmiş yurdlarımız və hərbi qənimətlər” mövzusunda tədbir keçirilib

“İşğaldan azad edilmiş yurdlarımız və hərbi qənimətlər” mövzusunda tədbir keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “İşğaldan azad edilmiş yurdlarımız və hərbi qənimətlər” mövzusunda tədbir keçirilib.

44 günlük Vətən müharibəsinə həsr olunan tədbiri institutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev açıb.

İnstitut əməkdaşları Nahid Nəzərov, Günel Musayeva, Leyla İbrahimova, Xədicə Bayramova, Gülər İsmayılova, Zeynəb Məmmədova və Şəlalə Abdulrəhimli Qənimətlər Parkı haqqında öz təəssüratlarını bölüşüblər. Çıxışçılar ölkəmizə qarşı tarixən həmişə qəsbkarlıq, soyqırım siyasəti həyata keçirmiş işğalçı, terrorçu ermənilərin 44 günlük Vətən müharibəsindəki taleyini əks etdirən və Müzəffər Azərbaycan Ordusunun qələbəsini nümayiş etdirən Hərbi Qənimətlər Parkının yaradılmasının təşəbbüskarlarına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda çıxış edən Vəli Qarayev Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik hisslərinin aşılanmasında çox mühüm təbliğat olacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: