Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, İkinci Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fondunda qorunur.
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində anadan olub. 1997-2005-ci illərdə Nəsimi rayonunun P.Saleh adına 159 nömrəli tam orta məкtəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində, 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Fondda qorunan materiallara əsasən qeyd edə bilərik ki, N.Mustafayev 2018-ci ildə Türkiyənin İzmir şəhərində 23 ölkənin xüsusi təyinatlı qüvvələrinin qatıldığı "EFES-2018" təlimində iştirak edib. Həmin təlim-yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə layiq görülüb. Təlim-yarışda fəal iştirakına görə N.Mustafayev sertifıkat va Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənov tərəfındən xüsusi hədiyyə ilə təltif olunub. 2019-cu ilin yanvar-fevral aylarında Rumıniyada keçirilən "Dağ xizəkçiliyi", 2020-ci ilin fevral ayında Gürcüstanda keçirilən xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək üzrə təlimləri birinciliklə bitirib, sertifikatlarla təltif olunmuşdu. N.Mustafayev dörd xarici dil bilirdi.
27.09.2020-ci il tarixində İkinci Vətən müharibəsi başlanan gündən Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərə qatılıb. Müxtəlif rayonların va strateji obyektlerin azad olunmasında xüsusi şücaət göstərmiş və 12 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
Qeyd edək ki, şəhid N.Mustafayevə məxsus materiallar ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna təhvil verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.