Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2021 17:13
  • A-
  • A
  • A+

Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib

Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib

Oktyabrın 13-də AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri barədə məlumat verib.

Tədbirdə 2314.01 – “Neft kimyası”, 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi”, 2303.01 – “Qeyri-üzvi kimya”, 2391.01 – “Ekoloji kimya”, 2306.01 – “Üzvi kimya” və 3321.01 – “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisasları üzrə 11 dissertasiya mövzusu müzakirə olunub.

Sonda bir neçə dissertasiya mövzusunun adının dəyişdirilməsi və korrektə olunması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: