Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünas alim beynəlxalq simpoziumda çıxış edib
18.10.2021 09:46
  • A-
  • A
  • A+

Şərqşünas alim beynəlxalq simpoziumda çıxış edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyənin Van Yüzüncü il Universitetinin təşkil etdiyi “UTAS-3 Beynəlxalq Türkoloji Araşdırmaları Simpoziumu”nda iştirak edib.

Şərqşünas alim onlayn qatıldığı tədbirdə ingilis dilində “Ədalət və İnkişaf Partiyasının seçki qələbələrini təmin edən əsas amillər (2002-2015)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyasının 2002-2015-ci illər arasında həyata keçirilən parlament, prezident və bələdiyyə seçkilərində, o cümlədən referendumlarda qələbə qazanmasına gətirib çıxaran amillər araşdırılıb. Bu amillər arasında liderlik, iqtisadi və sosial inkişaf, seçkilərə hərtərəfli hazırlıq və digər səbəblərin rolu xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: