Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2024 12:40
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb. O bildirib ki, Ulu Öndərin siyasi fəaliyyətində Azərbaycan elmi, o cümlədən fizika elmi istiqaməti mühüm yer tutub.

Daha sonra Ulu Öndər Heydər Əliyev xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyindən, gördüyü işlərin bugünki dövrdəki yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ Sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev Fizika İnstitutunu ziyarət edib. A.Həşimov bu gəlişin institut üçün əhəmiyyətliliyindən danışıb.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gələcəyi üçün çalışırdı. O Ümummilli Liderin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. Onun varisi Ali Baş Komandan İlham Əliyev bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirir. 

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Tədbirdə laboratoriya rəhbəri texnika elmlər doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvi elmi işçi Bayram Xudayarov, YAP-ın ərazi üzrə partiya təşkilatının sədri fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova çıxış ediblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi misilsiz töhfələrdən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: