Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində Ulu Öndərə həsr olunan seminar keçirilib
08.05.2024 15:12
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində Ulu Öndərə həsr olunan seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Ulu Öndər Heydər Əliyevin psixoloji portreti - Dünyanın hərb tarixində daim yaşayacaq - Qüdrətli Sərkərdə İlham Əliyev Fenomeni” mövzusunda seminar keçirilib.

Seminarda şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ümummilli Lider Heydər Əliyevin strategiyasının və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olduğunu, Ulu Öndərin psixoloji portretinin təhlilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycan dövlətinin yüksəlişinə və tərəqqisinə ömrünü həsr edən Ümummilli Lider Heydər Əliyevin uğur fenomeni dünya üzrə tədqiq olunan və öyrəniləcək bir məktəb olduğunu, dahi lider Heydər Əliyevin psixoloji keyfiyyətlərini onun siyasi fəaliyyəti tamamladığınl, fəaliyyətinin nəticələri ümumbəşəri əhəmiyyət kəsb etdiyini bildirib. Cənab İlham Əliyev güclü lider kimi ölkəyə rəhbərlik etdiyi 21 ildə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Ali Baş Komandan İlham Əliyevin özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir, - deyə Günel Məlikli vurğulayıb.

Daha sonra şöbənin dissertantı Zeynəb Həcəmova seminarda çıxış edib və mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: