Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2024 13:00
  • A-
  • A
  • A+

Elm və medianın ortaq hədəfləri

Elm və medianın ortaq hədəfləri

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Xalq qəzeti”nin növbəti yüksək titullu ziyalı qonağı oldu.

Azərbaycan elminin rəhbərini, görkəmli ədəbiyyatşünas akademiki, elə­cə də qəzetimizin yarım əsrlik müəllifini salamlayan baş redaktor Əflatun Amaşov bildirdi ki, bu il 105 yaşı tamam olan, ötən dövrdə milli və avanqard mətbu nəşr sta­tusu qazanmış “Xalq qəzeti” 1 əsrdən artıq müddətdə həmişə ölkə alimləri və elmi qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Qəzet milli elmin inki­şafına, uğurlarına informasiya dəstəyi verdiyi kimi, alimlərimiz də redaksiyanın elmi-maarifçilik missiyasının kütləviləş­məsində fəal iştirak ediblər.

Qəzet rəhbəri qeyd etdi ki, son vaxt­lar 2 qurum arasında çoxillik əməkdaşlıq daha səmərəli və rəngarəng formalarda davam etdirilir. Azərbaycançılıq ideo­logiyasının dövlətçiliyimizin möhkəm­ləndirilməsi, ümummilli prioritetlərin ger­çəkləşdirilməsi prosesi ilə üzvi surətdə qovuşmasında AMEA rəhbərliyi, elmi qurumlar, bütövlükdə, elmi ictimaiyyət öz nüfuzlu sözünü “Xalq qəzeti”ndə daha geniş ifadə edir. Son dövrdə qəzetdə da­vamlı yer tutan “Qərbi Azərbaycan”, “Gü­ney Azərbaycan”, “Turan dünyası” kimi səhifələrin hazırlanmasında, milli ideya anlayışının geniş açılımında, ümummil­li hədəflərin və tarixi nailiyyətlərin elmi baxımdan araşdırılmasında və publisis­tik təqdimatında alimlərimiz redaksiyaya gərəkli yaradıcılıq dəstəyi göstərir. 

AMEA prezidenti İsa Həbibbəyli söy­lədi ki, yarım əsr əvvəl redaksiyanın ke­çirdiyi yaradıcılıq müsabiqəsində “Arpa çayı daşa bilməz” yazısının çap edilərək 3-cü yer tutmasının gənc alim olaraq onu qəzetlə əməkdaşlığa həvəsləndirib və müəlliflərdən birinə çevirib. Akademik redaksiyada məsul işə dəvət edildiyini də məmnunluqla xatırlayaraq dedi ki, elmə dərin bağlılığı bu təklifi qəbul etməyə im­kan verməsə də, o, həmişə özünü bu qə­zetin yazarı hesab edib, kollektivlə daimi əlaqə saxlayıb.

Akademiya rəhbəri daha sonra son vaxtlar “Xalq qəzeti”nin forma və məzmun baxımından xeyli yeniləşdiyini, ictimai-si­yasi nəşrlər arasında təşəbbüskar yaradı­cılığı ilə seçildiyini vurğuladı. O qeyd etdi ki, qəzet səhifələrində ümumi, mücərrəd təbliğatçılığın konkret, əməli təşviqedi­ciliklə əvəzlənməsi ictimai rəyə təsiri də çevikləşdirib. “Xalq qəzeti”nin azad me­dia prinsiplərinə, jurnalist peşəkarlığına əsaslanan demokratik ruhu ziyalı dairələ­rində rəğbətlə qarşılanır, qocaman nəşrin milli öncül media məktəbi kimi nüfuzunu yüksəldir.

Görüşdə bu il “Xalq qəzeti”nin 105 il­lik, gələn il isə milli akademiyanın 80 illik yubileylərinin faydalı əməkdaşlıq üçün əlavə mövzular verməsinə də diqqət ye­tirildi. Akademiyada davam etdirilən isla­hatların və qəzetdə gedən yeniləşmənin qarşılıqlı surətdə dəstəklənməsi ilə bağlı faydalı müzakirə aparıldı. Yekun olaraq bildirildi ki, AMEA və “Xalq qəzeti”nin bir-birinin imkan və dəstəyindən qədə­rincə yararlanması ölkənin intellektual və informativ sferalarına yeni zənginlik gə­tirəcək.

Sonda akademik İsa Həbibbəyli onun rəhbərliyi ilə AMEA-nın nəşr etdiyi “Azər­baycan ədəbiyyatı tarixi” çoxcildliyini və digər fundamental nəşrlərin nüsxələrini redaksiyanın kitabxanasına hədiyyə etdi.

“Xalq qəzeti”

  • Paylaş: