Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.10.2021 10:22
  • A-
  • A
  • A+

MEK-in fondlarına yeni nəşrlər daxil olub

MEK-in fondlarına yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi məqsədilə beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir. Bu günlərdə MEK-ə Türkiyə, Ukrayna və Rusiya  Federasiyasından ingilis, ukrayna və türk dillərində elmi nəşrlər təqdim olunub.

Ukraynanın Kiyev Milli Kitabxanası ilə əməkdaşlıq nəticəsində “Нацiональна бiблiотека Украiни iменi В.И. Вернадського: розвиток нацiональнoi бiблiографii, бiографiчних дослiджень та науково-бiблiографiчноi дiяльностi (2000-2019)” (Vernadski adına Ukrayna Milli Kitabxanası: milli biblioqrafiyanın, bioqrafik tədqiqatların və elmi-biblioqrafik fəaliyyətlərin inkişafı), “Secondary radioactive contamination of the atmosphere in intermediate and late phases of a nuclear emergency” (Nüvə fövqəladə vəziyyətinin ikinci növ fazalarında atmosferin ikinci radioaktiv çirklənməsi), “Бiблiотека наука комунiкацiя” (Kitabxananın elmi əlaqələri), Rusiyadan “Sukhanova G.İ. Larval paragonimiasis” (Larval paraqonimoz) kitabları, Türkiyənin İslam Araşdırmaları Mərkəzindən  “İSAM bülteni 2020. Nr.47” (İslam bülleteni) və “İslam Araştırmaları Dergisi” (İslam Araşdırmaları jurnalı) jurnalları daxil olub.

Nəşrlərdə fizika, ekologiya, kitabxana elmi, tibb və din barədə mövzular öz əksini tapıb.

MEK-in xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: