Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2021 18:45
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində Müstəqillik Gününün Bərpasına həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində Müstəqillik Gününün Bərpasına həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər Ağsaqqallar və Veteranlar şuralarının üzvləri, ziyalılar, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsinin üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şəhərimizdə fəaliyyətə başlamasından artıq 100 ildən çox vaxt keçməsinə baxmayaraq, gəncəlilər daim bu tarixi günü yad edirlər. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı yenicə bərpa olunmuş müstəqilliyini daha da möhkəmləndirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Əldə olunan bu qələbə xalqımız üçün böyük zəfər salnaməsi olmaqla bərabər, həm də gənc nəslin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox qiymətlidir.

Tədbirdə şəhər Ağsaqqallar Şurasının sədri, professor Xalid Qurbanov, şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova, bölmənin Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, veteranlar Fəxrəddin Usenov, Mobil İmanov, veteran, Xalq artisti Məmmədəli Balayev və başqaları Azərbaycan dövlətçiliyinin yaranma tarixi haqqında çıxış edib, ölkə parlamentinin müstəqillik gününün bərpası ilə bağlı qərarının əhəmiyyətini və müstəqillik mübarizəmizin tarixinə nəzər salaraq, bu şanlı salnamədə Gəncə şəhərinin yeri və rolunu qürurla vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: