Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

20.10.2021 12:12
  • A-
  • A
  • A+

Transliterasiya problemlərinə həsr olunmuş məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

Transliterasiya problemlərinə həsr olunmuş məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc edilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadənin “Mövcud transliterasiya yanaşmaları və metodlarının icmalı” (“A review of existing transliteration approaches and methods”) adlı məqaləsi “International Journal of Multilingualism” jurnalında dərc olunub. “Web of Science” beynəlxalq elmi bazasında indeksləşən və impakt faktoru 2.714 olan “International Journal of Multilingualism” jurnalı Q1 (Impact Factor Best Quartile (2020)) kvartilinə daxildir.

Məqalədə transliterasiya sisteminin maşın tərcüməsi, insan adları və toponimlərin düzgün yazılışı və informasiya axtarışı sahəsində əhəmiyyəti qeyd edilib, onun digər dillərə təsiri və yaratdığı problemlər identifikasiya olunub. Bu istiqamətdə mövcud olan müxtəlif yanaşma, model və metodlar araşdırılıb və müqayisəli təhlilləri aparılıb.

Tədqiqat çərçivəsində ayrı-ayrı dillər üzrə təklif edilmiş transliterasiya üsullarının üstün cəhətləri və çatışmazlıqları da təqdim olunub. Təklif edilmiş transliterasiya metodlarının dəqiqlik dərəcəsi göstərilib və transliterasiya edilmiş sözlərlə izah edilib. Qeyd edilib ki, bir dil üçün təklif edilmiş transliterasiya metodları digər dillər üçün əhəmiyyətli olmaya bilər. Bundan başqa, fərqli qrafika və fonetikaya malik olan dillərin birtərəfli və geriyə transliterasiyası sahəsində yalnız bir metodun tətbiq edilməsi kifayət etməyə bilər. Bu səbəbdən də müxtəlif transliterasiya üsullarının birləşdirilməsi məqsədəuyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: