Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2021 17:32
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının inkişaf planı ilə bağlı müzakirələr aparılıb

Mərkəzi Nəbatat Bağının inkişaf planı ilə bağlı müzakirələr aparılıb

AMEA-nın Mərkəzi Nəbatat Bağında müəssisənin alimlərinin iştirakı ilə iclas keçirilib.

Müəssisənin baş direktoru v.i.e. Natiq Allahverdiyev iclası giriş sözü ilə açaraq tədbir iştirakçılarını bağın inkişaf planı ilə tanış edib. O bildirib ki, mərhələli şəkildə həyata keçiriləcək layihə bağın dinamik inkişafına öz töhfəsini verəcək.

İclasda Mərkəzi Nəbatat Bağının ərazisində becərilən bitkilərdə müşahidə olunan zərərverici, göbələk və xəstəliklərlə mübarizə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, komissiyanın tərkibinə daxil olan alimlərin rəyi əsasında zərərvericilərin müşahidə olunduğu ocaqlar müəyyənləşdirilərək həmin bölgələrdə dərmanlama işləri aparılmalıdır.

Biologiya elmləri doktoru Şakir Qasımov öz çıxışında örtülü şəraitdə becərilən bitkilərdə yayılmış zərərvericilərlə mübarizə haqda məlumat verib. Alim qeyd edib ki, pepsidlərin müəyyənləşdirilməsi, profilaktik tədbirlərin gücləndirilərək kompleks şəkildə aparılması vacib məsələlər sırasındadır.  

Biologiya elmləri üzrə fəlsəfə doktoru Yusif Zeynalov öz növbəsində zərərvericilərə qarşı dərmanlama tədbirləri üçün lazımi avadanlığın əldə edilməsinin vacibliyini qeyd edib.

Biologiya elmləri üzrə fəlsəfə doktoru Asif Mehralıyev bildirib ki, ilkin mərhələdə yayılmış zərərvericilərlə aqrotexniki mübarizə aparılır, lazımi nəticə alınmadıqda kimyəvi təmizləmə tədbirlərinə başlanıla bilər.

Daha sonra iclasda bağın inkişaf planı ilə bağlı təkliflərin qəbulu və ümumiləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov, üzvləri isə Nilufər Hüseynova, Elman İsgəndər, Şakir Qasımov, Asəf İsgəndərov və Asif Mehralıyev olub.

Tədbirdə bağın strukturuna daxil olan laboratoriya və şöbələrin elmi potensialının birləşdirilməsi, bu sahədə tanınmış alim və mütəxəssislərin elmi rəyləri əsasında mövcud problemlərin aradan qaldırılması üzrə praktiki işlər həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda komissiyanın tərkibinə daxil olan alimlərin təklif və tövsiyələri əsasında layihənin hazırlanaraq AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: