Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2021 10:11
  • A-
  • A
  • A+

Son Tunc - Orta əsr dövrlərinə aid insan kəllələrinin tədqiqatları aparılıb

Son Tunc - Orta əsr dövrlərinə aid insan kəllələrinin tədqiqatları aparılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenko və Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya şöbəsinin müdiri vəzifəsini icra edən, tibb üzrə fəlsəfə doktoru Anar Abdullayevlə birgə ATU-nun Anatomiya muzeyinin sərgisində təmsil olunan Son Tunc - Orta Əsr dövrlərinə aid insan kəllələrinin tədqiqatlarını aparıblar.

Alimlər Mingəçevir, Xaçbulaq (Daşkəsən rayonu), Xınıslı (Şamaxı), Kuxuroba (Qusar rayonu), Canaxar (Xaçmaz rayonu) nekropollarından, Göygöl rayonundakı kult kurqanından, Sarıtəpə (Qazax rayonu) məskənindən tapılmış kəllələri tədqiq ediblər. Göygöl rayonundakı Son Tunc - İlk Dəmir dövrünə aid kult kurqanından və eramızın ilk əsrlərinə aid katakomb dəfnlərindən aşkar edilmiş kəllələrdəki simvolik trepanasiyalar (qədim dini baxışlarla əlaqədar kəllə sümüyünün dəlilməsi) xüsusi maraq doğurub. Bəzi kəllələrdə travmatik zədələr və patologiyalar da izlənilir.

Tədqiqatın nəticələri əsasında elmi nəşrlər hazırlanacaq. D.Kiriçenko və A.Abdullayev hələ XX əsrin 70-ci illərində Azərbaycanda mövcud olmuş müxtəlif elm sahələrinin (tarix, arxeologiya, antropologiya, tibb) qarşılıqlı işbirliyi ənənəsini bərpa etməkdədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: