Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.10.2021 14:16
  • A-
  • A
  • A+

“ASAN xidmət” mərkəzinin könüllüləri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olublar

“ASAN xidmət” mərkəzinin könüllüləri AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olublar

1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) ekskursiyada olublar.

Ekskursiya zamanı YT Parkın ərazisinə baxış keçirilib, ASAN könüllüləri burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar. Onlar YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.

Mərkəzin könüllüləri, həmçinin YT Parkın ilk rezidenti olan Təcrübə-Sənaye Zavodu və onun müasir tələblərə uyğun fəaliyyət göstərən laboratoriyası ilə tanış olublar.

Bildirilib ki, dünya standartlarına tam cavab verən məhsulların istehsalını həyata keçirən zavodun əsas fəaliyyət istiqamətlərinə elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında innovativ texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, bu proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışı daxildir.

Qeyd olunub ki, müəssisə tərəfindən süni qiymət artımına yol verilmədən, xaricdən gətirilən analoqlarından ucuz və keyfiyyətinə tam zəmanət verilən 20-dən çox mineral baza əsaslı və yarı sintetik yağlar istehsal edilir.

Ekskursiyada könüllülərə texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən hazırlanan dronların uçuş imkanları nümayiş olunub, bu dronların strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

“ASAN xidmət” könüllüləri, həmçinin digər rezident – “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat sahəsi ilə tanışlıq zamanı yüksək texnologiyalardan istifadə etməklə sənayedə istifadə olunan çürüyən və çürüməyən streç filmlərin istehsalı üzrə ixtisaslaşmış kompleks haqqında məlumatlandırılıblar.

Bununla yanaşı, ASAN könüllülərinə texnoparkda yaxın zamanda tikintisi planlaşdırılan yeni layihələr bərədə də məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: