Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2021 13:58
  • A-
  • A
  • A+

MEK “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub

MEK “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA İctimai Birliyinin (İB) təşəbbüsü ilə 2014-cü ildən etibarən davam edən “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə qoşulub.

Layihə çərçivəsində Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən 410 kiloqram kağız tullantı aidiyyatı üzrə təqdim olunaraq, təkrar emala göndərilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd kağız israfını azaltmaq və həmin tullantıların təkrar emalını təşkil etməkdir. “Hər kağızı bir yarpağa dəyişək” adlı bu layihə ətraf mühitin çirklənməsinin qarşısını alaraq, ekologiyanı qorumağa xidmət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: