Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2021 18:04
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun YAP ərazi partiya təşkilatının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun YAP ərazi partiya təşkilatının iclası keçirilib

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi partiya təşkilatının iclası keçirilib.

İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova,  YAP Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyev, YAP üzvləri və fəalları iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra  Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev  bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə ümumxalq birliyinin formalaşmasında bir siyasi qüvvə kimi mühüm rol oynayıb. Təşkilat sədrinin sözlərinə görə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdikdən sonra yeni reallıqlar yaranıb və Yeni Azərbaycan Partiyası da bu reallıqlardan çıxış edərək, qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsi naminə öz yolunu davam etdirir.

Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyevin partiyanın VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabatı dinlənilib. Hesabat məruzəsi dinlənildikdən sonra çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

AMEA-nın müxbir üzvü M.Babanlı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sosial, siyasi-iqtisadi, daxili və xarici siyasətdə, ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq bildirib ki, qeyd olunanlar ölkəmizi qüdrətli dövlətə çevirib: “Bu uğurlar 2020-ci ildə tarixi zəfərimizə yol açdı və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbəmiz Azərbaycanın adını qalib ölkə, ordumuzu ən güclü ordu, xalqımızı məğrur xalq kimi tarixə qızıl hərflərlə yazdı”.

Daha sonra AMEA YAP ərazi təşkilatının sədri,  b.ü.f.d. Ulduzə Qurbanova Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan geniş quruculuq işlərindən danışıb və hesabata dair fikrinin müsbət olduğunu bildirib.

Müzakirələrdən sonra hesabat qəbul edilib.

İclasda, o cümlədən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi partiya təşkilatına  sədr və müavin vəzifələrinə seçki keçirilib. Səsvermənin nəticələrinə görə, Məhiyəddin Hacıyev təşkilatın sədri, Afət Cavanşirova isə sədrin müavini vəzifələrinə seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: