Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.10.2021 16:29
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 28-də AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi altında ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.  

Professor Nazim İmanov İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, fundamental araşdırmaları, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üzrə aparılan elmi tədqiqatlar, Qarabağın iqtisadiyyatının yenidən qurulması sahəsində həyata keçirilən böyük bərpa işləri və bu prosesdə öz sahəsi üzrə İqtisadiyyat İnstitutunun ekspertlərinin yaxından iştirakı barədə məlumat verib.

Görüşdə iki ölkənin elmi institutlarının və tədqiqat mərkəzlərinin qarşılıqlı faydalı əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi imkanları, qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: