Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2021 11:14
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda seminar keçirilib

Neft və Qaz İnstitutunda seminar keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun və Azərbaycan Mühəndislər Birliyinin birgə təşkilatçılığı ilə seminar keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., professor Vaqif Qurbanov, şöbə müdiri Fəxrəddin Kərimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və digər şəxslər iştirak ediblər.

Seminarı professor Vaqif Qurbanov açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli isə Azərbaycan Mühəndislər Birliyi ilə birgə təşkilatçılıqdan məmnun olduğunu və belə tədbirlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

Seminarda SOCAR-ın “Azneft” İstehsalat Birliyinin geoloqu Qalib Muradov təqdimatla çıxış edib. O, yığıncaqda laya neftvermənin sabit saxlanması üçün süni təsir üsullarından, eləcə də neft-qaz yataqlarının işlənilmə sistemlərindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: