Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2024 09:45
  • A-
  • A
  • A+

“Plastiksiz yaşıl dünya” mövzusunda dəyirmi masa keçirilib

“Plastiksiz yaşıl dünya” mövzusunda dəyirmi masa keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP 29-la bağlı silsilə tədbirləri davam etdirir.

Radiasiya Problemləri İnstitutu “Ruzgar” Ekoloji İctimai Birliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Lənkəran Dövlət Universitetində “Plastiksiz yaşıl dünya” mövzusunda dəyirmi masa və Xəzərin Lənkəran sahillərində “Beynəlxalq Sahiltəmizləmə günü”nə həsr olunmuş aksiya keçirib.

Dəyirmi masada və Sahiltəmizləmə aksiyasında Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyyəti, Lənkəran Regional Ekologiya idarəsinin və Kommunal təsərrüfatı Birliyinin nümayəndələri iştirak ediblər. Dəyirmi masada plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri və onların idarə olunmasında qarşıya çıxan problemlər ətraflı müzakirə olunub, bu problemlərin həlli yolları barədə geniş məlumat verilib.

AMEA-nın müxbir üzvü İslam Mustafayev “Plastik tullantıların idarə olunması: Problemlər və onların həlli yolları”, biologiya üzrə Ffəlsəfə doktoru Nərmin Quliyeva “Hirkan milli qoruğunun biomüxtəlifliyi”, dosent Əminə Mikayılova “Yaşıl dünya naminə həmrəylik” ilində COP29-a doğru”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Emil Qafarov “Yaşıl dünya naminə həmrəylik ilində tədrisin təşkili” adlı məruzələrlə çıxış ediblər.

Qeyud edək ki, silsilə tədbirlər bundan əvvəl Şəkidə, Mingəçevirdə, Gəncədə, Xaçmazda və İsmayıllıda Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin “Yaşıl dünya naminə həmrəylik” və COP29-a aid Tədbirlər planına və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin proqramı əsasında həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: