Bakıda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Akif Məmmədlinin "Balakən-Zaqatala bölgəsinin tarixinə dair oçerklər" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbir mərkəzi Özbəkistanda yerləşən Türk Dövlətləri Turan Elmlər Akademiyasının vitse-prezidenti, Akademiyanın Azərbaycan filialının rəhbəri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Sabir Tağıyevin təşəbbüsü ilə baş tutub.
Təqdimat mərasimində professorlar Vüqar Əliyev, İkram Ağasıyev, Əhməd Niyazov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun laboratoriya müdiri Zaur Orucov, t.ü.f.d. Hacı Nərimanoğlu, yazıçı-filosof Firuz Mustafa və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər ictimaiyyətə təqdim olunan kitabın Azərbaycan tarixi üçün əhəmiyyətindən danışıb, müəllifə elmi yaradıcılığında yeni nailiyyətlər arzulayıblar.
Bildirilib ki, Şəki REM-in Elmi şurasının qərarı ilə nəşr olunan kitab Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Balakən və Zaqatala ərazisinin tarixi, mədəniyyətinin öyrənilməsi baxımından zəngin zəngin mənbə rolunu oynayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.