Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2021 11:34
  • A-
  • A
  • A+

“Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda vebinar keçirilib

“Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda vebinar keçirilib

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda vebinar keçirilib.

Tədbirdə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin müəllimləri, tədqiqatçıları və tələbələri iştirak edib.

İnstitutun böyük elmi işçisi, k.ü.f.d Elmir Babayevin moderatorluğu ilə aparılan vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Tədbirin 8 noyabr - Zəfər Günü ərəfəsinə təsadüf etdiyini xatırladan E.Babayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.

Sonra Almaniyanın Rostok Universitetinin əməkdaşı, Dr. Cavid Səfərov “Alternativ yanacaqların istilik-fiziki xassələri” mövzusunda təqdimatla çıxış edib. Alim alternativ yanacaqlarla yanaşı, ionlu mayelərin, alifatik spirtlərin, dəniz, geotermal və çay sularının istilik-fiziki xassələrinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan və onların nəticələrindən danışıb. Alim eyni zamanda birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb, sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: