Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb. O, Heydər Əliyev dahiliyinə hörmətini ifadə edərək, onun liderliyi və uzaqgörənlik siyasətinin Azərbaycanın inkişafında dərin izlər qoyduğunu vurğulayıb. Heydər Əliyevin dövründə Azərbaycanda enerji daşıyıcıları, iqtisadiyyat və infrastruktur sahələrində görülən böyük inkişaf və modernləşmələri qeyd edərək, ölkənin beynəlxalq arenada daha güclü və məsuliyyətli rol oynamasına nail olduğunu vurğulayıb. Heydər Əliyevin daxili və xarici siyasətindəki uğurlarını və diplomatiya sahəsindəki yüksək nəticələrini də vurğulayaraq, Azərbaycanın müstəqil siyasi iradəsi və güclü liderliyi ilə dünya səhnəsində özünə hörmətli bir yer bərqərar etdiyini vurğulayıb.
Sonra institutun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyeva çıxış edərək, Ulu Öndərin liderliyi altında elmi sahədə əldə edilən nailiyyətlərdən bəhs edib. Heydər Əliyevin ölkədə elmi tədqiqatları dəstəkləyən, inkişaf etdirən və beynəlxalq əlaqələri möhkəmləndirmək istiqamətindəki fəaliyyətinin elmi sahəsində də böyük təsiri olduğunu vurğulayıb. Onun dövründə elmi institutlara, laboratoriyalara və universitetlərə dəstək verildiyini və elmi araşdırmaların inkişafı üçün geniş imkanlar yaradıldığını, Heydər Əliyevin elmin müxtəlif sahələrində təşəbbüskarlığı sayəsində Azərbaycanın beynəlxalq arenadakı elmi fəaliyyəti və inkişafı artmış, ölkənin dünyanın müxtəlif elm mərkəzlərində daha çox tanındığını qeyd edib.
Tədbirə yekun vuran O.Qasımov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev heç vaxt unudulmayacaq. Onun iradəsi və uzaqgörənliyi Azərbaycan tarixində müstəsna bir iz qoydu və bu daim qəlbimizdə yaşayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.