Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2024 16:35
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Mikrobiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə fəaliyyətindən, uzaqgörənliyindən, onun gördüyü işlərin uğurlu nəticələrindən bəhs edib. Böyük şəxsiyyətin ideyalarının daim yaşayacağını, gələcək nəsillərə örnək olaraq miras qalacağını bildirib.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri b.ü.f.d., dosent Anar Hüseynov və Təhsil, informasiya və əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib, onun xalqın yaddaşında daim yaşayacağını vurgulayıblar.

İnstitutun gəncləri adından Gənc Alim və Mütəxəssislər Şurasının üzvü elmi işçi Aygün Behbudova Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu qeyd edib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: