Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.04.2025 09:45
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma əsərlərinin əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.

Azərbaycanın qabaqcıl təhsil müəssisələri olan Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu, Azərbaycan və Bakı Avrasiya Universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə alim Azərbaycanın qədim əlyazma kitablarından, onların bədii tərtibat xüsusiyyətlərindən və bərpası prosesindən, o cümlədən əlyazma əsərlərinin əhəmiyyətindən söz açıb, çıxışında bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı videoslayd əsasında tələbələrə nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: