Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.04.2025 14:24
  • A-
  • A
  • A+

Fizika İnstitutunda elmi seminar keçirilib

Fizika İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda elmi seminar keçirilib.

Seminarı Fizika İnstitutunun elmi seminarının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açıb və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.

Seminarda Fizika İnstitutunun 3.2 saylı “Yarımkeçiricilərdə tarazlıqda olmayan electron proseslərinin fizikası” laboratoriyasının böyük elmi işçisi Elşən Əsədov “CaGa2S4: Nd3+,Yb3+ birləşməsinin fotolüminessensiya xassələri” mövzusunda çıxış edib və mövzu ətrafında verilən sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: