Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2021 17:03
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusunda tədbir keçirilib

Zoologiya İnstitutunda “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusunda tədbir keçirilib

AMEA-nın Zoologiya İnstitutunun Qadınlar şurasının təşkilatçılığı ilə “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov iştirakçıları salamlayaraq Zəfər Günü münasibətilə təbrik edib. Sonra institutun Qadınlar şurasının sədri, biologiya elmləri doktoru Yeganə Mahmudova 44 günlük Vətən müharibəsində ordumuzun qəhrəmanlığından, Ali Baş Komandanın qətiyyəti sayəsində qələbənin, parlaq zəfərin qazanılmasından, Azərbaycan qadınının müharibədəki rolundan danışıb.

Yığıncaqda “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru Dilarə Muxtarovaya verib. D.Muxtarova tarix yazan qəhrəman ordumuzun Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmindən bəhs edib.

İnstitutun Parazitoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova “Müharibə və arxa cəbhə vəhdəti” mövzusuzunda məruzə ilə çıxış edərək ordumuzun müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından danışıb. Parazitoologiya laboratoriyasının baş laborantı Aynur Hacıağayeva “Vətən müharibəsində jurnalistlərin rolu” mövzusunda məruzə edib.

Sözügedən elmi müəssisənin Quru Onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova isə “İkinci Vətən müharibəsi” adlı məruzəsində 2020-ci ilin yaddaşlardan silinməyəcəyini, şəhid olan bacı və qardaşlarımızın əziz xatirələrinin daim qəlbimizdə yaşayacağını söyləyib.

Tədbir “Vətən müharibəsi və ya Dəmir Yumruq” mövzusuna həsr edilən videoçarxın nümayişi ilə sona çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: