Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2015 00:00
  • A-
  • A
  • A+

“Kütlə spektroskopiyası“ mövzusunda tədbir keçirilib

“Kütlə spektroskopiyası“ mövzusunda tədbir keçirilib

Aprelin 29-da  AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda mexanika, optika və elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən  olan  OPTEK şirkəti ilə birgə “Kütlə spektroskopiyası“ mövzusunda elmi seminar keçirilib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan institutların, həmçinin Geologiya və Geofizika, Fizika, Radiasiya Problemləri institutlarının, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının alim və mütəxəssisləri iştirak ediblər.

Seminarda OPTEK şirkətinin partnyoru  olan CAMECA  kompaniyasının mütəxəssisləri Yevgeniy Norman və  Filipp Salo mövzu üzrə məruzələrlə çıxış ediblər.

Xarici mütəxəssislər tərəfindən “Kütlə spektroskopiyası“ sahəsində avadanlıqlarla işləmək metodları,  bu istiqamətdə  əldə olunan son nailiyyətlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: