Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2021 14:16
  • A-
  • A
  • A+

Lənkəranda Vətən müharibəsi şəhidi anılıb

Lənkəranda Vətən müharibəsi şəhidi anılıb

Lənkəran rayonu Xanbulan kənd sakini, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhsun Bağırzadənin şəhadətinin ildönümü qeyd olunub.

Bu münasibətlə şəhidin anadan olduğu Lənkəran rayonu Xanbulan kəndində tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, AMEA-nın Lənkəran REM-nin əməkdaşları, müharibə veteranları, və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhidin kənddə yerləşən məzarı ziyarət olunaraq xatirəsi anılıb.

Tədbirdə şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açılıb. Bildirilib ki, M.Bağırzadə Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Məhsun ön sıralarda döyüşə qoşulub. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Məhsun əsl qəhrəman kimi torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Noyabr ayının 4-də gərgin döyüşlər zamanı şəhid olub.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində M.Bağırzadə iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdirib. Qubadlı istiqamətində həyata keçirilən döyüşlərə igidlik və fədakarlıq göstərən M.Bağırzadə noyabrın 4-də qəhrəmancasına döyüşərək şəhid olub.

O, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: