Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2021 14:42
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu ilə Kütahya Dumlupınar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fiziologiya İnstitutu ilə Kütahya Dumlupınar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Kütahya Dumlupınar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Kütahya Dumlupınar Universitetinin rektoru, professor Dr. Kazım Uysal və universitetin prorektoru, professor Atilla Baturdan ibarət nümayəndə heyəti Azərbaycana səfərləri zamanı akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda olub və birgə əməkdaşlıq protokolları imzalayıblar.

Nümayəndə heyəti institutun baş direktoru, professor Ulduz Həşimova ilə görüşüb. Görüş zamanı institutun tarixi və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, son illər Fiziologiya İnstitutunda görülən işlər təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda Kütahya Dumlupınar Universiteti və Fiziologiya İnstitutu ilə əməkdaşlıq perspektivləri, biotibb sahəsində aparılacaq elmi tədqiqat işləri də müzakirə edilib.

Çıxış edən qonaqlar qeyd edib ki, bu müqavilə elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən hər iki tərəf birgə beynəlxalq konfrans və simpoziumlar təşkil edə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: