Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.11.2021 16:36
  • A-
  • A
  • A+

MEK-də Zəfər və Bayraq Günlərinə həsr olunmuş sərgi təşkil edilib

MEK-də Zəfər və Bayraq Günlərinə həsr olunmuş sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Noyabr Zəfər Günü və 9 noyabr Bayraq Gününə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün ərzində əldə etdiyi tarixi qələbədən, Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan vətən övladlarının, həmçinin müharibə iştirakçıları və qazilərin qəhrəmanlıqlarından bəhs edən kitab, qəzet, jurnal materialları nümayiş olunur.

Nəşrlər sırasında “Xilaskarlar” (Qəzənfər Paşayev), “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi. Biblioqrafik göstərici” (MEK-in nəşri), “Gədəbəy rayonunun şəhidləri”, “Zəfər Yolu: Qarabağ Savaşından Şuşa Bəyannaməsinədək”, “Qarabağ düyünü” (Aydın Mirzəzadə), “Azərbaycanın Milli Qəhrəmanları” (Vüqar Əsgərov), “Millət yaddaşının keşikçisi” (Rafael Hüseynov), “Bayrağımız Sarsılmaz”, “Qələbə Şəhidləri. Qarabağ Azərbaycandır!”, “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və digərləri yer alır.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın sərgi salonunda keçirilən sərgi karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınaraq təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: