Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Şahin Mustafayev Çexiyada keçirilən konfransda iştirak edib
08.11.2021 15:21
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Çexiyada keçirilən konfransda iştirak edib

Çexiyanın paytaxtı Praqa şəhərində Alman Tarix İnstitutu və onun Polşa və Çexiyadan olan elmi tərəfdaşları ilə birgə təşkil etdiyi “Modern dövrə qədərki zamanlarda qeyri-bərabər regional inkişaf: “Gənc Avropa” transkontinental şəbəkələrdə” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Konfransın əsas məqsədi orta əsrlərin sonunda dünyanın müxtəlif regionlarının inkişafında meydana çıxan yeni meyillərinin təsirilə Qərbi Avropanın sosial və texnoloji yüksəlişi və bu transformasiyaların qlobal tarixin sonrakı gedişatını müəyyənləşdirməsi fenomeninin yeni konsepsiyalar çərçivəsində dəyərləndirilməsindən ibarət olub.

Tədbirin işində Almaniya, Polşa, Çexiya, Norveç, Litva, Ukrayna və digər ölkələrdən tanınmış tarixçilər iştirak ediblər.

Ölkəmizi konfransda Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Azərbaycanlı alim “Şəhər mərkəzi və ətraf kənd periferiyasında toplanan vergi fərqliliyi: 1727-ci ildə Təbriz əyalətinin Osmanlı vergi dəftərinin məlumatı əsasında” mövzusunda məruzə ilə çıxış edib. O, məruzədə Osmanlı arxiv sənədinin məlumatlarını təhlil edərək, Təbriz şəhəri və əyalətinin timsalında orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmış ənənəvi Şərq cəmiyyətlərinin artıq XVIII yüzilliyin 20-ci illərində iqtisadi və demoqrafik tənəzzül keçirdiklərini və bu prosesin xüsusiyyətlərini avropalı alimlərin diqqətinə çatdırıb. Şahin Mustafayevin məruzəsi konfrans iştirakçılarının marağına səbəb olub geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: