Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2021 10:40
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

Akademik Teymur Kərimli Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Daşkənddə fəaliyyət göstərən Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

Mərkəzin rəhbəri Samir Abbasov 2010-cu ildən bəri Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mərkəzin gördüyü işlər haqqında məlumat verib, rəhbərlik etdiyi mərkəzin həyata keçirdiyi layihələrdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimlərinin də yaxından iştirakına görə Teymur Kərimliyə öz təşəkkürünü bildirib. Görüş əsnasında tərəflər cari ilin dekabr ayında Özbəkistanda Nizami Gəncəvinin 880 illik yubiley tədbirlərində Əlyazmalar İnstitutunun da təmsil olunacağı haqqında ilkin razılığa gəliblər.

Daha sonra İnstitutun baş direktoru Heydər Əliyev adına Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən muzeylər, kitabxana, burada təşkil olunan dərnəklərin işi ilə tanış olub, Nizami Gəncəvi irsinin tədqiqi ilə bağlı cari ildə Əlyazmalar İnstitutunun nəşrə hazırladığı kitabları mərkəzin kitabxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: