Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2021 17:20
  • A-
  • A
  • A+

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələri açıqlanıb

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqədə I yerin qalibi AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Elçin Hüseynov, II yerin qalibləri AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları Əfsun Sucayev, Emin Qəribov, Parham Taslimi, Məhəmməd Karaman və Mohammad M.Zangeneh, Bakı Mühəndislik Universitetinin əməkdaşları Şəhriyar Muxtarov, Ceyhun Mikayılov, Suğra Hümbətova, Vüqar Muradov, III yerin qalibləri isə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Şamo Tapdıqov, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Elçin Cəfərov və Joris Van der Jeugt olub.

Xatırladaq ki, müsabiqəyə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 5-dək aparılıb.

SDF.gov.az

  • Paylaş: