AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və şöbənin baş mütəxəssisi Zümrüd İsmayılova beynəlxalq sertifikata layiq görülüb.
Onlar UNESCO-nun Almatı klaster bürosunun təşkilatçılığı ilə “Nankin 2021 Sülh Forumuna yol” subregional dialoqu çərçivəsində keçirilən sessiyada iştiraklarına görə təltif ediliblər.
Qeyd edək ki, “Mədəni irs, mədəni və yaradıcı sənaye: Keçmişin mirasından dinc gələcəyimizi quraq” mövzusunda onlayn formatda baş tutan sessiyada Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistandan olan müxtəlif sənət sahələri üzrə 50-yə yaxın mütəxəssis qatılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.