Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.11.2021 09:30
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları texnika elmləri doktoru, dosent Gülbəniz Muxtarova və texnika elmləri doktoru, dosent Lalə Əfəndiyeva Türkiyənin Antalya şəhərində III beynəlxalq Ətraf Mühit Kimyası konfransında (EnviroChem 2021) iştirak ediblər.

Konfransda Gülbəniz Muxtarova “Polimer tullantılarının utilizasiyası”, Lalə Əfəndiyeva isə “Dizel və yağ frakiyalarının aromatik karbohidrogenlərdən təmizlənməsi” mövzusu ilə çıxış ediblər.

Tədbirin beynəlxalq Elmi Komitəsi tərəfindən alimlərimizə poster məruzələrinin dəyərləndirilməsi tapşırılıb. Konfrans müddətində NKPİ-nın alimləri Türkiyənin Qara Dəniz Texniki Universiteti və TÜBİTAK  ilə birgə əməkdaşlıqları müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: