Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2021 15:22
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun magistrlərinə fərqlənmə diplomları təqdim olunub

Aşqarlar Kimyası İnstitutunun magistrlərinə fərqlənmə diplomları təqdim olunub

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun magistraturasını müvəffəqiyyətlə başa vuran məzunlar və onların elmi rəhbərləri ilə görüş keçirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 2019-2021-ci ildə “Üzvi kimya” ixtisası üzrə 2 nəfər magistratura təhsil proqramını başa vurub və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçiblər. Onların hər ikisi fərqlənmə diplomuna layiq görülüblər.

V.Fərzəliyev qeyd edib ki ki, magistrantlara kömək məqsədilə onlar təhsil aldıqları müddətdə 0,5 ştat vahidi ilə böyük laborant kimi işə qəbul olunublar. Təhsillərini başa vurandan sonra müvafiq laboratoriyalarda tam ştat işlə təmin olunublar. Hal-hazırda çalışdıqları laboratoriylarda elmi-tədqiqat işləri aparırlar.

İnstitutun gənc əməkdaşlarına tövsiyələrini verən baş direktor hazırda institutda savadlı, ixtisaslı gənc kadrlara böyük ehtiyac olunduğunu və onların elmi işlərini doktorantura və dissertantura səviyəsində davam etdirmələri üçün hər cür dəstək göstəriləcəyini vurğulayıb.

Sonda V.Fərzəliyev 2021-ci ildə magistraturanı müvəffəqiyyətlə başa vuran Gülgün Abdullayeva və Leyla Vahidzadəyə fərqlənmə diplomları təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: