Məlumdur ki, AR Prezidenti cənab İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası məqsədilə AR Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nı təsdiq etmişdir. Planda yubileyə hazırlıqla əlaqədar əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin bir sıra kitabların nəşr olunması nəzərdə tutulmuş, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Redaksiya Heyəti və İşçi qrupu yaradılmışdır.
Rəyasət Heyətinin bugünkü iclasında İşçi qrupunun sədr müavini, akademik Vaqif Fərzəliyevin AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti haqqında məlumatını nəzərə alaraq, bir sıra qərarlar qəbul edildi. Akademiyanın Elmi Bölmələrinin akademik-katiblərinə müvafiq nəşrlərlə bağlı işin sürətləndirilməsi tapşırıldı. Qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.