Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2021 14:43
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun və Türkiyənin ISRES cəmiyyətinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Dendrologiya İnstitutunun və Türkiyənin ISRES cəmiyyətinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Türkiyənin Konya şəhərində yerləşən Beynəlxalq Təhsil və Elm Araşdırmaları Cəmiyyətinin (ISRES) nümayəndələri AMEA-nın Dendrologiya İnstitutunda olublar.

Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə tərəflərin birgə iştirakı əsasında konfransın keçirilməsinə dair müzakirələr aparılıb.

Müzakirələr nəticəsində 1-4 iyul 2022-ci il tarixlərində AMEA-nın Dendrologiya İnstitutunda biologiya, tibb, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq kimi sahələri əhatə edən “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans keçirilməsi barədə razılıq əldə olunub. Tədbirdə sözügedən elm sahələri üzrə tədqiqatçıların, alimlərin və elmi akademik fəaliyyətlə məşğul olan şəxslərin iştirakı planlaşdırılır.

Daha sonra ISRES nümayəndələri AMEA-nın müxbir üzvü Tofiq Məmmədova xatirə medalını təqdim ediblər.

Qeyd edək ki, ISRES tərəfindən daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) bir sıra beynəlxalq konfranslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: