AMEA YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Akademiyasında beynəlxalq elmi konfransda “Azərbaycanın müasir dövlətçiliyində İlham Əliyevin tarixi qələbəsi” mövzusunda məruzə ilə çıxış edib.
“İllər ərzində ölkəmizdə aparılan işlər, vaxtında həyata keçirilmiş hərtərəfli islahatlar və düşünülmüş iqtisadi siyasət, hərbi sahədə həyata keçirilən islahatlar, ordumuzun qüdrətinin artırılması, Ali Baş Komandana tam inam və etimad göstərən xalqımızın öz liderinin ətrafında yumruq kimi birləşməsi kimi mühüm məqamlar Azərbaycanın qələbəsini şərtləndirirdi”, - deyə alim çıxışında vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.