Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.12.2021 16:54
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda 2020-2021-ci il riyaziyyat üzrə fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda 2020-2021-ci il riyaziyyat üzrə fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bir qrup fənn olimpiada iştirakçıları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru,AMEA-nın müxbir üzvü Misir Mərdanov şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədlərdən biri onların elmə marağın artırılması olduğunu bildirib.

Professor Misir Mərdanov AMEA-nın dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə edilməsi, gənclərin elmə cəlb olunması, işinə mühüm töhfələr verdiyini qeyd edib. Akademiyanın əsas prioritet istiqamətlərindən  birinin elm və təhsilin inteqrasiya olduğunu vurğulayıb. Alim bu məqsədlə gənclər arasında  olimpiadaların təşkil edildiyini və müxtəlif elmi layihələrin icra olunduğunu  nəzərə çatdırıb.

Tədbirdə iştirak edən respublika fənn olimpiadaların hazırlıq qrupunun rəhbəri professor Nazim Kərimov, Təhsil İnstitutunun əməkdaşı Qorxmaz Mustafayev çıxışlarında dünyada elmin və təhsilin mühüm rolundan, həmçinin son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıblar. Qeyd olunub ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirilmələrinə imkan yaradılmasından ibarətdir.

Sonra professor Misir Mərdanov şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb onlara daha böyük nailiyyətlər arzulayıb.

Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: